Ermənistanda dağ-mədən sənayəsində aparılan işlər nəinki Ermənistan vətəndaşlarına, ümumilikdə regionu ciddi risk altında saxlayır. Eyni zamanda, regionun ekoloji vəziyyətinin psisləşməsinə, insanların sağlamlığına ciddi şəkildə mənfi təsir edir. Bizi narahat edən əsas təhlükə ondan ibarətdir ki, həmin zavodlardan axıdılan ağır metallar ya birbaşa Araza, ya da Araz çayı ilə birləşən digər çaylara axıdılır.

 

QHT. az bildirir ki,  bu fikirləri “İki sahil”ə açıqlamasında “Pasiyent Təşkilatları İttifaqı və Hemofiliyalı Xəstələr” İctimai Birliyinin sədri Ayaz Hüseynov bildirdi. 

 

Onun sözlərinə görə, bununla da Ermənistan həm öz vətəndaşlarının sağlamığını təhlükədə saxlayır, həm də qonşu dövlətlərin - Azərbaycan və Gürcüstan dövlətlərinin vətəndaşlarının sağlamıgına ciddi şəkildə ziyan verir. Bunu nəzərə alaraq QHT-lər Ermənistan baş naziri Nikol Paşinyana açıq məktub ünvanlayıblar. Azərbaycanın səhiyyə yönümlü QHT-ləri məktubda konkret olaraq hansı dağ-mədən zavodlarının təhlükə yaratdığı, onlarıbn neçənci ildən fəaliyyət göstərdiyi, beynəlxalq standartlara məhəl qoyulmaması öz əksini tapıb. Ermənistan hakimiyyəti beynəlxalq konvensiyalara əməl etməli, məsuliyyət daşımalıdır.

 

Ayaz Hüseynov qeyd etdi ki, Ermənistanda dağ-mədən sənayəsində işlərin beynəlxalq standartlara uyğun aparılmasını yoxlamaq üçün monitorinq qrupları təşkil edilməlidir. Həmin monitorinq qruplarının tərkibində Azərbaycan nümayəndələrinin də olmasının vacibliyini açıq şəkildə qeyd etmişik. Bizim üçün prioritet məsələ Azərbaycan vətəndaşlarının sağlamlığını qorumaq, ekoloji təhlükə yaradan Ermənistanın dağ-mədən sənayəsində aparılan işlərin dayandırılması və beynəlxalq standartlara əməl edilməsidir.