Həvəskarlar liqasında ölkə kubokunun 1/8 final mərhələsində…
Azərbaycan Həvəskarlar Futbol Federasiyasının təşkilatçılığı ilə ölkə kuboku yarışlarının final oyunlarına start verilib.
Masallı rayonunu təmsil edən “Ərkivan” futbol klubu ölkə kubokunun 1/8 final mərhələsində “Dirçəliş 2” komandası ilə qarşılaşacaq.
Oyun iyulun 9-da Bakı şəhərindəki “ASK Arena” stadionunda keçiriləcək.
Görüşün qalibi ¼ finala vəsiqə qazanacaq.
Məlumat üçün bildirək ki, “Ərkivan” (Masallı) FK həvəskarlar liqasında XXIV Azərbaycan birinciliyinin bürünc medalına sahib olub.
Akif AĞAYEV












