PCWorld onlayn texnologiya nəşri Google Chrome, Mozilla Firefox, Opera, Microsoft Edge, Brave və Vivaldi kimi məşhur brauzerlərin sürətini yoxlayıb.
QHT.az xəbər verir ki, testlər AMD Ryzen 5 3600 prosessoru və NVIDIA RTX 3060 Ti video kartı olan kompüterdə aparılıb. Nəticələrə görə, Chrome veb-səhifələrin göstərilmə sürəti, JavaScript icra sürəti və qrafik elementlərin göstərilməsində liderdir.
Lakin, Chrome-un yüksək performansına baxmayaraq, şəxsi məlumatların toplanması səbəbindən onun istifadəsi tövsiyə edilmir. Əksinə, məxfilik baxımından daha yaxşı nəticələr göstərən Firefox, testlərdə sonuncu yerə sahib olsa da, istifadəçi məlumatlarını demək olar ki, toplamadığı üçün üstünlük təşkil edir.
Pərvanə Fərhadqızı












