Əməkdar jurnalist, tanınmış telejurnalist Bəturə Nəbiyevanın rəhbərliyi ilə  TV-365 internet televiziyası fəaliyyətə başlayıb.
 

İnternet TV-nin yaradıcı və rəhbəri Bəturə Nəbiyeva QHT.az-a bildirib ki, yenilənən xəbərlərlə news365.az xidmətinizdə idi.

"Biz öz fəaliyyətinizi genişləndirərək artıq kanalımızı da istifadənizə sunduq. İlk efirimizin xüsusi bir günə – “Azərbaycan Silahlı Qüvvələr Günü”nə təsadüf etməsi də ayrıca qürur verir. Məhz bu səbəbdən ilk efirimizi də özəl günə həsr etdik.”

Belə ki, media qurumunun  təsisçisi və rəhbəri, eyni zamanda TV-365-in aparıcısı Bəturə Nəbiyeva ilk efirdə hərbi ekspert Elxan Şıxəliyev, millət vəkili Elşad Mirbəşir və AJB-nin sədri Elçin Şıxlı ilə həmsöhbət olub.