Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin edilib.
QHT. az Oxu.Az-a istinadən xəbər verir ki, bu vəzifəyə Elnur Hidayətoğlu gətirilib.
Qeyd edək ki, o, bundan əvvəl Bakı Baş Səhiyyə Mərkəzinin İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri olub.












