“Sosial Dayaq” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Siyəzən rayonunda həyata keçirdiyi "Əlilliyi olan uşaqlar üçün sosial reabiltasiya mərkəzinin təşkili" layihəsi davam edir.
Layihədə əlilliyi olan uşaqların valideyinləri yaxından iştirak edirlər. Valideyinlər uşaqlarında aşkar olunmuş problemlər barədə məlumatlandırılır, onların düzgün müalicəsi üçün aidiyyatı tibb müəssisələri ilə əlaqə yaratmaq üçün valideyinlərə köməklik göstərilir. Valideyinlərə öz uşaqlarına erkən yardım etmək və onları müdafiə etmə bacarıqlarının artırılması üçün maarifləndirmə işi aparılır.
Uşaqlarının sağlamlığı məqsədilə dövlət uşaq tibb müəssisələrinin əlçatanlığı təmin olunur və uşaqlara xidmət göstərən mərkəzlərlə əlaqələr yaradılır.












