“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi (ƏSMİD) Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə 01.07.2020-ci il tarixindən “Əlilliyi olan gənclərin İKT bacarıqlarının artırılması məqsədi ilə peşə kurslarına cəlb edilməsi və özünəməşğulluğunun təmin olunması mövzusunda tədbirlərin təşkili” layihəsinin icrasını davam etdirir.
Bu barədə QHT.az-a birliyin rəhbəri Səbinə Kərimova məlumat verib.Onun sözlərinə görə nəzərdə tutulan web proqramların onlayn qaydada öyrədilməsinə başlanılıb. Avqust ayının 15-dən start verilən onlayn kursları davam edir. Təlimçilər tərəfindən birinci ay əlilliyi olan gənclərə fotoshop proqramı onlayn qaydada öyrədilir.İkinci ay Corel Draw proqramının öyrədilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Web proqramların öyrədilməsi hər həftənin üç günü olmaqla, üç ay boyunca onlayn qaydada keçiriləcək. Təlimçilər Ümudlu Fərid və Vasif Kərimlidir.












