Bu günlərdə Səudiyyə Ərəbistanında 3D çap texnologiyası ilə tikilmiş dünyada ilk məscidin açılış mərasimi keçirilib.
QHT.az xəbər verir ki, Məscid Ciddədə yerləşir və 5600 kvadratmetr ərazini əhatə edir.
Tikintidə 3D çap texnologiyasından istifadə memarlıq və dizaynın gələcəyi üçün böyük perspektivlər açır. 3D çap material tullantılarını minimuma endirir və tikinti səmərəliliyini artırır.












