Araşdırmaya görə, Apple yenidən dünyanın ən dəyərli şirkəti olub. Brend 502,6 milyard dollar dəyərində qiymətləndirilir.

QHT.az xəbər verir ki, “Apple” artıq on birinci ildir ki, reytinqdə liderlik edir. İkinci yerdə dəyəri 316,6 milyard dollar dəyərində qiymətləndirilən Microsoft şirkəti qərarlaşıb. Amazon (276,9 milyard dollar) və Google (260,2 milyard dollar) müvafiq olaraq üçüncü və dördüncü yerlərdə mövqelərini möhkəmləndirib. İlk beşliyi keçən il olduğu kimi brendi 91,4 milyard dollar dəyərində qiymətləndirilən Cənubi Koreyalı Samsung tamamlayır.

Toyota 64,5 milyard dollar dəyərində dünya brendləri arasında altıncı yerdə qərarlaşıb. Yapon avtomobil istehsalçısı müvafiq olaraq yeddinci və onuncu yerdə qərarlaşan alman rəqibləri Mercedes-Benz (61,4 milyard dollar) və BMW (51,1 milyard dollar) avtomobillərini geridə qoyub. Səkkizinci və doqquzuncu yerləri müvafiq olaraq Coca-Cola (58 milyard dollar) və Nike (53,7 milyard dollar) tutub.

 

 

Pərvanə Fərhadqızı