44 Günün Zəfəri Azərbaycan xalqının həyatında əsrlərlə iz salan tarixin şanlı səhifələri oldu. Böyük Zəfərdan sonra ölkə başçısı, Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin göstərişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Şəhid ailələri üzvləri və müharibə veteranları olan 106 min şəxsə 120 min aylıq sosial ödəniş, 25,3 min şəxsə birdəfəlik ödəmə təyin olunub və onlara yönələn aylıq sosial ödənişlər orta hesabla 2 dəfədən çox artırılıb. Bu fikirləri QHT.az-a ictimai birlik sədri Zülfiyyə Nuriyeva bildirib:

Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6,9 min mənzil və fərdi ev, əlilliyi olan şəxslərə 567 avtomobil təqdim edilib.

Həmin kateqoriyadan olan vətəndaşlara ümumilikdə ötən dövrdə 16 min mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7800 avtomobil verilib.

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 91 min sosial -psixoloji dəstək və reabilitasiya xidməti göstərilib.

Müharibə ilə əlaqədar əlilliyi olan 2389 şəxs 84 min reabilitasiya vasitəsi, o cümlədən 496 şəxs 618 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub.

Dövlətin Şəhid ailələrinə, Qazilərə diqqəti və qayğısı  yüksək səviyyədə təmin edilir. Milli kimliyimizin bərpası yolunda canından, qanından keçən Şəhidlərimizin ruhu qarşısında baş əyir, Qazilərimizlə fəxr edirik.”