Dövlətçilik yolunun hüquqi sütunu

 

Hər bir dövlətin möhkəm təməli onun Konstitusiyası ilə müəyyən olunur. Konstitusiya xalqın iradəsini, azadlıq və ədalət prinsiplərini özündə əks etdirən ali hüquqi sənəddir.
12 Noyabr -Azərbaycan Respublikasının Konstitusiyası Günüdür.
Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Heydər Əliyevin həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Heydər Əliyev bu barədə danışarkən bildirmişdi:
Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. 
Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmişdir. 
Bu gün Konstitusiyamız müasir Azərbaycanın hüquqi və demokratik inkişafının əsasını təşkil edir. Hər bir vətəndaş bu tarixi günü qürurla qeyd edir və dövlətçiliyimizin möhkəmlənməsi üçün öz töhfəsini verməyə çalışır.

 

İsmayıl İsmayılov,
Masallı rayonu, Eminli kənd sakini.