9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov QHT.az-a açıqlamasında bildirib ki, Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır.
Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb:
"Sadiq Qurbanov qeyd edib ki, bu tarixi irsə Azərbaycan dövləti sahib çıxıb. Ən vacibi isə indi artıq bizim bayrağımız Azərbaycanın bütün suveren ərazisində dalğalanır. Prezidenti İlham Əliyev Dövlət Bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq deyib: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!”. Onu da qeyd edim ki, vaxtilə AXC-Musavat cütlüyünün səriştəsiz siyasəti nəticəsində işğal olunmuş ərazilər artıq işğaldan azad edilib və üçrəngli bayrağımız həmin ərazilərdə qürurla dalğalanır."






