"Şəhid Pəncəli Teymurov Azərbaycanın igid övladlarından biridir və onun xatirəsinin əbədiləşdirilməsi üçün edilən hər bir addım o cümlədən, bu gün yaşadığı mənzildəki büstün üzərinə “Azərbaycan Milli Qəhrəmanı” sözlərinin yazılması Cənab prezident Ilham Aliyevin qəhrəmanlarımıza verdiyi dəyər, həm şəhidimizin qəhrəmanlığını, həm də xalqımızın ona olan dərin ehtiramının göstəricisidir".

QHT.az xəbər verir ki, bu sözləri “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev bildirib. Onun sözlərinə görə, belə təşəbbüslər gənc nəsillərə vətənpərvərlik ruhu aşılayır və şəhidlərimizin unudulmadığını bir daha sübut edir.