Azərbaycan Respublikasının Konstitusiyası Günü ilə əlaqədar Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov QHT.az-a açıqlamasında ki, Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycana ən böyük ərmağanlarından biri də məhz müstəqil Azərbaycan dövlətinin Konstitusiyasının qəbul edilməsidir:

"Azərbaycan Respublikasının Konstitusiyasında bütün insan hüquq və azadlıqları geniş və dolğun şəkildə öz əksini tapıb. Konstitusiyanın aliliyinin təmin olunması ərazi bütövlüyünün və suverenliyin təmin olunmasından keçir. Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edildi. Bütün bu uğurlar Prezident və xalq birlinin bəhrəsidir".