Sentyabrın 22-də “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova “Doğru Yol” Milli-Mənəvi Dəyərlərin Təbliği İctimai Birliyinin qonağı olub.
QHT.az xəbər verir ki, qonaqları salamlayan “Doğru Yol” Milli-Mənəvi Dəyərlərin Təbliği İctimai Birliyinin sədri Emin Xankişiyev təşkilatın fəaliyyəti, həyata keçirilən layihələr və gələcək təşəbbüslər barədə məlumat verib.
Görüşdə QHT sədri Zülfiyyə Nuriyeva da iştirak edib.
Görüş zamanı təşkilatın təşəbbüsü ilə keçirilməsi nəzərdə tutulan növbəti “Zəfər Olimpiadası” tədbirinin təşkili, məqsədləri və iştirakçılıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələrdə “Zəfər Olimpiadası”nın gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, milli-mənəvi dəyərlərin təbliği, şəhidlərimizin xatirəsinin yaşadılması və Zəfər tariximizin gənclərə aşılanması baxımından əhəmiyyəti vurğulanıb.
Sevinc Orucova və Zülfiyyə Nuriyeva ilə keçirilən görüşdə, həmçinin vətəndaş cəmiyyəti təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi imkanları müzakirə olunub.










