Koreya Elm və Texnologiya İnstitutunun İntellektual Robototexnika üzrə Tədqiqat Mərkəzinin mütəxəssisləri portativ ekzoskelet hazırlayıblar. Yaradıcıların fikrincə, bu cihaz gəzinti və dağlara qalxmağı xeyli asanlaşdırır.

QHT.az xəbər verir ki, bu innovativ məhsul ombalara bərkidilmiş dörd güclü aktuatoru olan kəmərə malikdir. Onlar tarazlığı qorumağa və əlavə dartma ilə ayaq gücünü 30% artırmağa kömək edir. Çəkisi cəmi 2 kq-dır. Ekzoskeletdə həmçinin real vaxt rejimində istifadəçinin yerişini təhlil edən süni intellekt var. Süni intellekt incə yamaclar, qeyri-bərabər qayalı yollar, sıldırım taxta pilləkənlər və qeyri-bərabər daş pillələr də daxil olmaqla müxtəlif gəzinti şəraitində təhlükəsiz və effektiv əzələ dəstəyi təmin edir.

Cihaz müxtəlif şəraitlərdə, o cümlədən çöl şəraitində uğurla sınaqdan keçirilib. 

 

Pərvanə Fərhadqızı