“Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin direktoru Çingiz Ramazanlı
9 yaşlı QHT.Az QHT sektorunun bir güzgüsü olaraq bütün təşkilati tədbirlərin və eləcə də vətəndaş cəmiyyəti yeniliklərini, sevincli-kədərli anlarını daima ön planda saxlayaraq müntəzəm olaraq səhifələrində işıqlandırır.
Qısa bir zaman kəsiyində nəinki vətəndaş cəmiyyəti təşkilatlarının eləcə də dövlət qurumlarının xəbər üçün, məlumat üçün daima istinad etdiyi bir media resurs olaraq hamının haqlı sevinc və qürur mənbəyi oldun.
Sıralarında savadlı, peşəkar mütəxəsisiləri cəmləşdirdin. Hər zaman, hər yerdə cəmiyyətin fəxarət obyekti oldun.
Hörmətli kolleqalar nə qədər bitib tüknməyəcək ürək sözlərimə yer vermiş olsam da yəqinki az edəcəkdir. Arzumdur daima var olasınız, daima sevilən və seçilən olasınız.
Allah daima qədəmlərinizi mübarək, uğurlarınızı bol etsin. Azərbaycan mediasının flaqmanlarından olasınız. Hər yerdə öndər olasınız, səsiniz daima nəinki döğma vətəndən, eləcə də bütün dünyadan gəlsin.












