Cənubi Afrikanın şimal-şərqində yerləşən Vaal bəndinin güclü yağışlar nəticəsində daşması nəticəsində daşqın baş verib. Seldə 11 nəfər həyatını itirərkən, 4 nəfərin itkin düşdüyü açıqlanıb.

QHT.az xəbər verir ki, Cənubi Afrikanın Yohannesburq şəhərinin cənubunda yerləşən Vaal bəndi leysan yağışlar nəticəsində daşıb. Anbarın aşması nəticəsində 11 nəfər həyatını itirib, 4 nəfər isə itkin düşüb. Vanderbijlpark şəhəri yaxınlığındakı Loçvaal bölgəsində çoxlu ev və avtomobillər su altında qalıb. Səlahiyyətlilər daşqın bölgələrində bir çox yolların, körpülərin, səhiyyə və təhsil müəssisələrinin zədələndiyini bildirib.