Braziliyanın San-Paulu əyalətində leysan yağışların səbəb olduğu daşqın və sürüşmə fəlakəti nəticəsində 35 nəfər ölüb.

QHT.az xəbər verir ki, Braziliyanın cənub-şərqində yağan güclü yağışlar San-Paulu ştatında daşqın və torpaq sürüşməsinə səbəb olub.

Dövlət rəsmilərinin bəyanatında deyilir ki, 7 yaşlı uşaq da daxil olmaqla ən azı 35 nəfər ölüb. Axtarış-xilasetmə qrupları bölgədə işlərini davam etdirərkən, sel və torpaq sürüşməsi səbəbindən bağlanan yollar yenidən açılır.