“Cəmiyyətdə yaxşı nümunələrin təbliğinə hər zaman ehtiyac var. Bu baxımdan hesab edirəm ki, 2021-2023-cü illərdə fəaliyyət göstərmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti  yanında İctimai Şuranın fəaliyyətini qiymətləndirmək vacibdir”.

Bu sözləri  “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə QHT.az- a bildirib.

QHT sədri qeyd edib ki, həmin dövrdə ictimai şuranın uğurlu fəaliyyətinin ərsəyə gəlməsində sədr Azər Allahverənovun xidməti böyükdür: “Eyni zamanda hesab edirəm ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun də bu fəaliyyətin həyata keçirilməsi üçün mövqeyi və dəstəyi xüsusi diqqətə layiqidir. İctimai Şura üzvlərinin komanda olaraq ictimai şuranın fəaliyyətində rolu isə uğuru dayanıqlı və güclü etməsidir”.

 

Pərvanə Fərhadqızı