Bu gün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuraya üzvlərin seçkilərinə dair səsvermə prosesi vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin iştirakı ilə keçirilib.

QHT.az xəbər verir ki, ANAMA yanında İctimai Şuraya seçkilərdə səsvermə başa çatıb. Seçkilərin nəticəsinə əsasən, səsvermə prosesində Rey Qasımov və Umud Mirzəyev İctimai Şuranın yeni üzvləri seçiliblər. İctimai Şuraya seçkilərdə səsvermə mərhələsinin ikinci turu keçiriləcək.

Qeyd edək ki, Seçkilər zamanı təmsilçilərdən yalnız 7 namizəd seçiləcəkdir.

 

Pərvanə Fərhadqızı