“Ölkəmiz trаnzit ölкədir və nаrкоtiкlərin Аsiyаdаn Аvrоpаyа və Rusiyаyа nəqli mаrşurutundа yеrləşir. Azərbaycana nаrкоtiкlərin çохu хаricdən, İrandan gəlir, çünкi Аzərbаycаndа nаrкоtiкlərin bеcərilməsi və istеhsаlı məhduddur”.
Bu sözləri Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, ekspert Emil Maqalov QHT.az- a bildirib. Dünyanın inkişaf etmiş ölkələrində son vaxtlar hətta orta məktəblərdə belə narkomaniyaya aludə gənclərin sayının çoxalması ölkəmizdə bu problemin təhlükəsindən xəbər verdiyini sözləyən narkomaniya üzrə ekspert onların arasında qızların da olması, çoxalması isə bu bəlanın inkişaf səviyyəsindən xəbər verdiyini də vurğulayıb: “Əgər işsiz, məşğuliyyətsiz, normal həyat şəraiti sürməyən bəzi insanlar problemlərin qarşısında aciz qalıb tüfeyli həyata meyllənərək narkomaniyaya qurşanırlarsa, bəzi imkanlı ailələrin övladları əyləncə növü olaraq narkotiklərdən istifadə edərək narkomaniyaya düçar olurlar. Istənilən halda narkomaniyanın inkişafı gənc nəslə dəyən böyük zərbədir”.
Rəsmi statistikaya əsasən, bu gün ölkədə təxminən 35600 narkoman qeydiyyatdadır. Lakin adətən belə məsələlərdə rəsmi statistik rəqəmlər real nəticələrdən 7-10 dəfə az olur. Bu isə, əslində onların sayının daha çox olmasını göstərir.
Ekspert qeyd edib ki, bu gün Azərbaycanda hər hansı formada narkomaniyaya qoşulan insanların sayı təxminən 300 mini ötür: “Rəqəmlər arasındakı belə uyğunsuzluq isə bəzi narkotik istifadəçilərinin rəsmi qeydiyyatdan yayınmaları ilə bağlıdır. Buna səbəb isə Azərbaycanda bu sahədə mövcud olan statistik məlumatların qeydiyyatı sistemində çatışmazlıqların olmasıdır. Bu uyğunsuzluq səhiyyə sistemində narkotiklərlə bağlı göstəricilərin statistik qeydiyyatının, təhlilinin və şərhinin verilməsi ilə bağlıdır. Qeydiyyat sistemində olan bəzi çatışmazlıqların nəticəsində dünya standardlarına uyğun təhlil və müqayisələr aparmaq mümkün olmur”.
Ardı var...
Pərvanə Fərhadqızı












