Polis Kolleci və Milli Polis Rəhbərləri Şurası (NPCC) 34 il sonra 1989-cu ildə İngiltərədə 97 Liverpul azarkeşinin ölümü ilə nəticələnən izdihama görə üzr istəyib.
QHT.az xəbər verir ki, 15 aprel 1989-cu ildə İngiltərədə Nottingem Forest və Liverpul arasında oynanılması planlaşdırılan FA Kubokunun yarımfinal matçından əvvəl Hillsborough Stadionunda izdiham baş verdi, 97 nəfər ölmüş, 766 nəfər yaralanmışdı. 2017-ci ildə dərc edilən “Hillsborough Families Report”da bu fəlakətin polis səhvləri nəticəsində baş verdiyi bildirilib. Sözügedən hesabatdan sonra Polis Akademiyası və NPCC izdihamdan 34 il sonra üzr istədi.












