Prezident İlham Əliyev 2023-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.
QHT.az-ın xəbərinə görə, sərəncamla elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2023-cü il Gənclər üçün Prezident mükafatları veriləcək.
Təltif olunan gənclər sırasında NAYORA-nın Sədr müavini, Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin sədri Ülviyyə Axundova və “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyin sədri Kamran Əliyev da var.
Mükafata layiq görülən bütün gəncləri təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirik!












