ABŞ Maliyyə Nazirliyi Rusiya ilə əlaqəli 10 fiziki şəxs və 12 şirkətin daxil olduğu sanksiya siyahısının genişləndirilməsini elan edib.
QHT.az xəbər verir ki, hesabatda Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) bir sıra ölkələrdə 22 fiziki və hüquqi şəxsə qarşı bloklayıcı sanksiyalar tətbiq etdiyi açıqlanır.
Vaşinqtonun fikrincə, artıq tətbiq edilmiş sanksiyalardan yayınmaq üçün tədbirlərdə iştirak edib, həmçinin Rusiya hərbi-sənaye kompleksinə dəstək verib.
Yeni sanksiyalara İsrail, Latviya, Sinqapur, Özbəkistan, Kipr və Rusiya vətəndaşları, həmçinin İsrail, Kipr, Bolqarıstan, Sinqapur və Latviyadan olan təşkilatlar düşüb.
Daha əvvəl Reuters ABŞ Maliyyə Nazirliyinin BƏƏ və Türkiyəyə Rusiyaya qarşı sanksiyalardan yayınmamaq barədə xəbərdarlıq edəcəyini yazmışdı.
ABŞ Maliyyə Nazirliyinin rəhbəri həmçinin Afrika ölkələrini Rusiyaya qarşı məhdudiyyətlər tətbiq etməyə çağırıb.












