BMT-nin Baş katibi Yəməndə saxlanılan BMT əməkdaşları və humanitar təşkilatların nümayəndələrinin dərhal azad edilməsinə çağırış edib.
QHT.az xarici mediaya istinadən bildirir ki, bəyanatda qeyd olunub ki, humanitar işçilərin saxlanılmasının ikinci ildönümü tamam olur. Baş katib onların təhlükəsizliyinin təmin edilməsinin və humanitar fəaliyyətlərin maneəsiz həyata keçirilməsinin vacibliyini vurğulayıb. Humanitar təşkilatlar bildirirlər ki, saxlanılan şəxslər yardım proqramlarının icrasında mühüm rol oynayırdılar.
BMT rəsmiləri və beynəlxalq QHT-lər humanitar işçilərin fəaliyyətinin qorunmasının münaqişədən zərər çəkən əhaliyə yardımın çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər. Təşkilatlar bütün tərəfləri beynəlxalq humanitar hüquqa hörmət etməyə çağırıblar.
Piranə Xasiyeva






