Fransada fəaliyyət göstərən vətəndaş cəmiyyəti nümayəndələri ölkədə su ehtiyatlarının vəziyyəti ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər. Onların fikrincə, son illərdə qəbul edilən bəzi qanunvericilik dəyişiklikləri və ekoloji qərarlar su resurslarının qorunması sahəsində ictimai nəzarəti zəiflədə bilər.
QHT.az xarici mediaya istinadən bildirir ki, mütəxəssislər bildirirlər ki, quraqlıq hallarının artması və iqlim dəyişikliklərinin təsiri nəticəsində bir çox yaşayış məntəqəsi su çatışmazlığı ilə üzləşib. Vətəndaş cəmiyyəti təşkilatları hesab edir ki, su ehtiyatlarının idarə olunmasında yerli icmaların və ictimai qurumların iştirak imkanları qorunmalıdır.
QHT nümayəndələri ekoloji qərarların qəbulunda şəffaflığın artırılmasına, su mənbələrinin qorunmasına və ətraf mühitlə bağlı siyasətlərin hazırlanmasında vətəndaş iştirakının gücləndirilməsinə çağırırlar. Onların fikrincə, su təhlükəsizliyi gələcək illərin ən vacib sosial və ekoloji məsələlərindən biri olacaq.
Piranə Xasiyeva






