MTS Web Services-in kibertəhlükəsizlik analitiki Cəmil Məcidov xəbərdarlıq edir ki, hər hansı bir cihaz Bluetooth vasitəsilə hakerlər tərəfindən sındırıla bilər. Hakerlər, yaxınlıqdakı aktiv Bluetooth bağlantılarını müəyyən edib, saxta etibarlı şəbəkə yaradaraq istifadəçinin cihazına avtomatik qoşulmağı təmin edə bilərlər. Bu, məlumatlara giriş, cihazın idarə olunması və yerin izlənməsi kimi risklər yaradır.

QHT.az xəbər verir ki, C.Məcidov, ictimai yerlərdə Bluetooth-u söndürməyi və "AirDrop" kimi funksiyalardan istifadə etməməyi tövsiyə edir. Güclü parollar təyin etmək, naməlum cihazlara qoşulmamaq və müntəzəm proqram yeniləmələri ilə təhlükəsizlik artırıla bilər. Bluetooth görünmə parametrlərini məhdudlaşdırmaq da tövsiyə olunur.

Hazırda Bluetooth vasitəsilə BlueJacking (spam göndərmə) və BlueSnarfing (şəxsi məlumat oğurlama) kimi hücum növləri mövcuddur.

 

Pərvanə Fərhadqızı