Klimatoloqlar və dənizçilər Aralıq dənizində havanın getdikcə daha gözlənilməz olduğunu bildirirlər.

QHT.az xəbər verir ki, Siciliya sahillərində dəbdəbəli yaxtanın batması, naviqasiyanın təhlükəli hala gəldiyinin son sübutudur. İqlim alimləri qlobal istiləşmənin güclü və gözlənilməz fırtınaları artırdığını qeyd edirlər. İtaliya Meteorologiya Cəmiyyətinin prezidenti Luka Merkalli, Siciliya ətrafında dəniz səthinin temperaturunun normadan üç dərəcə yüksək olduğunu vurğulayıb.

Təcrübəli skipperlər də Aralıq dənizindəki təhlükəli dəyişiklikləri müşahidə edirlər. Siciliya sahillərində batan 56 metr uzunluğunda Bayesian yaxtasında bir nəfər ölüb, altı nəfər isə hələ də itkin düşüb.

 

Pərvanə Fərhadqızı