Beynəlxalq Dialog Və İnkişaf Alyansının təsisçisi və prezidenti Nüşabə Məmmədova ilə müsahibəni təqdim edirik.
QHT.az: Nüşabə xanım, rəhbərlik etdiyiniz Beynəlxalq Dialog və İnkişaf Alyansı Bakıda Afrika ölkələri ilə Əməkdaşlıq Forumu keçirilməsi üçün hazırlıq işlərinə başlayıb. Əvvəlcə, bu tədbiri təşkil etmək ideyası necə yaranması barədə oxuculara məlumat verərdiniz?
Nüşabə Məmmədova: Artıq 5 ildən çoxdur ki, Beynəlxalq Dialog və İnkişaf Alyansı olaraq biz Afrika ölkələrindən olan QHT və media liderləri ilə əməkdaşlıq edirik. Azərbaycanda Afrika Əməkdaşlıq Forumunun keçirilməsi ideyası 2022-ci ildə COJEP Internationalın Türkiyənin rəsmi dövlət qurumları ilə görüş programı çərçivəsində Afrikanın Kongo, Mali və Togo ölkələrindən olan QHT liderləri ilə birgə əməkdaşlıqla bağlı müzakirələr keçirdik. Xatırladım ki, COJEP Avrasia ölkələri üzrə koordinatoru olaraq, Azərbaycan QHT nümayəndələrinin həmin rəsmi görüşlərdə iştiraklarını və beynəlxalq əməkdaşlıq əlaqələrinin yaradılmasına şəraitin təmin olunması missiyasını həyata keçirmişdik. Azərbaycanda Afrika Əməkdaşlıq Forumunun həyata keçirilməsi ideyasının əsası məhz Ankara görüşləri kontekstində yan-müzakirələrdə qəbul olundu. Həmin vaxtdan sonra davamlı olaraq Afrikanın müxtəlif ölkələrindən QHT və KİV nümayəndələri ilə ZOOM konfranslar keçiririk. Konfranslarda Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı üçün müzakirələr aparırıq.
Son 5 ildə, Afrika ölkələri QHT və KİV nümayəndələri ilə apardığımız çoxtərəfli müzakirələrə artıq Afrika ölkələrindən rəsmi dövlət qurumları nümayəndələri maraq göstərdilər. Beləliklə, Afrika ölkələrindən rəsmi dövlət nümayəndələrinin, elm nümayəndələrinin, QHT və KİV nümayəndələrinin iştirakı ilə Bakıda “Azərbaycan-Afrika Əməkdaşlıq Forumu”nun keçirilməsini idayasının həyata keçirilməsini qərara aldıq. Bakıda “Azərbaycan-Afrika Əməkdaşlıq Forumu”nun keçirilməsi ilə bağlı Azərbaycanın aidiyyatı rəsmi dövlət qurumlarına məlumatlar verilib, ilkin müzakirələr aparılıb, müsbət rəylər alınıbdır.
QHT.az: Nüşabə xanım, qeyd etdiniz artıq 5 ildən çoxdur Afrika ölkələri ilə əlqələr quran Azərbaycanda ilk QHT-siniz. Bu, hansı zərurətdən irəli gəlir?
Nüşabə Məmmədova: Beynəlxalq Dialog və İnkişaf Alyansı olaraq, dünyanın müxtəlif ölkələrində olan vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin qurulması və inkişafına dəstək vermək bizim başlıca strategiyamızdır. Biz dünyanın 5 qitəsi ölkələri ilə, o cümlədən Afrika ölkələri ilə əlaqələrimizi qurmuşuq və bu əlaqələri inkişaf etdirməyə çalışırıq. Bütün fəaliyyətimizin əısas məqsədi dövlətimizin apardığı xarici siyasət kursuna dəstək vermək, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırlmasıdır.
Son 30 ildir Azərbaycan vahid xarici siyasi kursu dəyişməyib və yüksələn xətlə inkişaf etməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarında qeyd edir ki, Azərbaycan müstəqil dövlətdir və müstəqil xarici siyasəti vardır. Azərbaycanın xarici siyasət strategiyasında regional iqtisadi tərəfdaşlıqların inkişafı, çoxtərəfli siyasət prioritet olaraq inkişaf etməkdədir. Bu mənada rəsmi Bakının Afrika ölkələri ilə münasibətlərinin inkişafına xüsusi diqqət yetirməsi məqsədyönlü fəaliyyətin məntiqi nəticəsidir. Coğrafi mövqeyinə görə Şərqlə Qərb arasında yerləşməsinə baxmayaraq, Azərbaycan Afrika qitəsindəki ölkələrlə əlaqələrin inkişafına xüsusi maraq göstərir ki, dövlətimizin apardığı bu uğulu siyasət vətəndaş cəmiyyəti institutları olaraq bizim üzərimizə məsuliyyət qoyur və Beynəlxalq Dialog və İnkişaf Alyansı olaraq biz də bu istiqamətlə əlaqələrin inkişafına töhfə verməyə çalışırıq.
QHT.az: Azərbaycan Afrikada hansı siyasəti reallaşdırır? Siz necə dəyərləndirirsiniz?
Nüşabə Məmmədova: Azərbaycan ötən onilliklərdə xarici siyasi kursunda Afrika ilə bağlı əlaqələrin qurulmasına xüsusi əhəmiyyət verib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi isə Afrika ölkələri ilə əməkdaşlığa yeni təkan oldu. Afrika qitəsinin dekolonizasiya prosesinə mühüm töhfələr vermiş Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan, Afrika qitəsini prioritet region olaraq elan etdi və xüsusilə COVID-19 pandemiyası dövründə Afrika ölkələrinin pandemiya ilə mübarizə imkanlarının artırılması və pandemiyadan sonrakı bərpa məsələlərinə xüsusi diqqət ayırdı. 2024, martın 2-də Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən Afrika ölkələrində pandemiyadan sonrakı bərpa prosesinə dəstəklə bağlı Qlobal Çağırış və həmin Çağırış çərçivəsində ilk donor kimi Afrika ölkələrinə 1 milyon ABŞ dolları ianə olundu.
Azərbaycan Afrika qitəsində diplomatik təmsilçiliyini də tədricən artırmaqdadır. 2024-cü ilin Mayında Konqo Demokratik Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana tarixi səfəri Azərbaycan Afrika ölkələrilə əlaqələrin inkişafının, gələcək əməkdaşlıq üçün qarşılıqlı faydalı imkanlara yol açacağını bir daha təsdiq edir.
QHT.az: Bakıda “Azərbaycan-Afrika Əməkdaşlıq Forumu”nun keçirilməsinin nə kimi əhəmiyyəti vardır?
Nüşabə Məmmədova: Bilirsiniz ki, hazırda Azərbaycan ilə Afrika İttifaqı arasında əməkdaşlıq yüksələn xətlə inkişaf etdirməkdədir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Afrika ölkələrinin maraqlarını dünya səviyyəsində səsləndirilməklə onların üzərində xüsusi bir missiyanı öz üzərinə götürüb. Bu baxımdan Azərbaycanla Afrika ölkələri arasında əlaqələr xüsusi önəmlidir və hesab edirik ki, Azərbaycan Afrika ölkələri vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığının inkişaf etdirilməsi xüsusi əhəmiyyətli mərhələlərdən biri olacaqdır. Layihə çərçivəsində Afrikanın müxtəlif ölkələrindən olan siyasi və ictimai nümayəndələrin və Azərbaycanda fəaliyyət göstətən vətəndaş cəmiyyəti institutları, dövlət və hökumət orqanları nümayəndələri, elm nümayəndələri və s. iştirakı ilə Bakıda “Azərbaycan-Afrika keçiriləcəkdir, həmçinin dövlət qurumları görüşlər təşkil olunacaqdır.
QHT.az: Nüşabə xanım, müsaihə üçün təşəkkür edirik və işlərinizdə uğurlar arzulayırıq!











