Göyçə mahalı Basarkeçər rayonunun Qızılbulaq (Çaxırlı) kəndində.
Qızılbulaq (Çaxırlı) kəndi 25.01.1978-ci ildən – Sovetakert, 3.04.1991-ci ildən Xaçaxbyur adlandırılıb.
Bala Seyidin ocağı və məzarı ermənilər tərəfindən dağıdılıb.
Qızılbulaq kəndi Göyçə mahalının və Qərbi Azərbaycanın din adamları, dini ibadətgahlar, xeyriyyəçilər və ruhsal-sakral ocaqlarla məşhur yerlərindəndir. Həmçinin, kənddə çox sayda seyid tayfaları və ocaqlar mövcuddur. Kəndin Seyidlilər tayfasından Bala Seyidin ocağı sınanmış ruhsal-sakral irfan ocağı idi. Bu ocağa qonşu kəndlərin əhalisi də ziyarətə gələr və nəzir dilərdilər. Kəndin Hacı Abdullauşağı tayfasından Hacı Abdulla, Molla İsgəndər, Ağalıqlar tayfasından Böyükağa, Abbasəli bəy, Ayvazlılar tayfasından Kərbəlayı Avas, Böyük kişi, Məmmədov Əmirxan, Məhərrəmov Arif, Muradhasanlılar tayfasından Maya qarı, Tağıyev Qəmbər, Mursaqulular tayfasından Quliyev Cəmşid, Nağılılar tayfasından Süleymanov Qəmbər və başqa tanınmış xeyriyyəçiləri ilə birlikdə Bala Seyid kənddə keçirilən mərasimlərin təşkilatçılarından olub [i].
Ağalıq və kəndxudalıqla idarə edilən kənddə seyidlər idarəçilər və xalq tərəfindən hörmət edilən insanlar idi. Onlar haqsızlıqlara məruz qalan insanlara öz dəstəkləri ilə tanınıblar.
[i] https://az.wikipedia.org/wiki/%C3%87ax%C4%B1rl%C4%B1_(G%C3%B6y%C3%A7%C9%99)











