Fransada azərbaycanlı jurnalistlərə hücumu qətiyyətlə pisləyirik.

 

QHT.az  Axar.az-a istinadən  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Tvitter hesabındakı paylaşımında qeyd olunub.

 

"Jurnalistlərə qarşı törədilən bu hücumun qısa müddət ərzində Fransa hüquq-mühafizə orqanları tərəfindən araşdırılacağını, cinayətkarların müəyyən edilərək cəzalandırılacağını gözləyirik", - məlumatda vurğulanıb.

 

Qeyd edək ki, AzTV-nin Fransada çəkiliş aparan əməkdaşlarına hücum olub, xəsarət yetirilib, texnikaları əllərindən alınıb. Dövlət televiziyası bununla bağlı bəyanat yayıb. Bəyanatda vurğulanıb ki, AzTV-nin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.