"Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il üçün keçirdiyi kiçik qrant müsabiqəsinin qalibi olmuşdur.

QHT “ Şırvan zonasında həssas qruplardan olan qadın və qızların özünü məşğulluq proqramına cəlb olunması təşəbbüsləri- informasiya- treninq layihəsini 01.10.2022-30.11.2022-ci il tarixlərində Şirvan regionunun Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarında icra etməyə başlamışdır.

Layihənin kordinatoru "Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi İctimai Birliyinin Direktoru Südabə Şirəliyevadır.

Layihəyə bacarıqlı təlimçilər dəvət edilmişdir. 

Qeyd olunan rayonların hər birində birinci mərhələnin təlimləri başa çatmış, ikinci mərhələnin təlimləri davam edir.

 Layihə çərçivəsində adları qeyd olunan rayonların həssas qruplarından olan qadın və qızların öz bizneslərini təkcə aqro – biznes sahəsində deyil, eyni zamanda məişət xidməti, ticarət, iaşə xidməti və kənd turizminin inkişafı və digər sahələrdə də şəxsi təşəbbüsləri və maraqlarını nəzərə almaqla , kiçik və orta sahibkarlığın inkişafı üçün bilik və bacarıqlarını yüksəltməyə diqqəti artırmağa ehtiyac vardır.

 Bu layihəni həyata keçirməklə region həssas qruplardan olan qadın və qızların bilik və bacarıqlarının artırılmasına ehtiyac vacibliyini nəzərə almışıq.Çox təssüf ki, layihə həyata keçirilərkən region qadınlarnın doğrudanda informasiyadan uzaq qaldıqlarını müşahidə etdik. 

Bu problemin qismən həll edilməsi üçün biz bu layihə cərcivəsində region qadınlarının biliklərini, bacarıqlarını üzə çıxarmağa çalışacağıq.

Layihəyə maraq böyük olsada COVİD-19 pandemiyasının region əhalisinə təsirini uzun illər aradan qaldırmaq üçün uzun müddət lazımdır. 

Bu qadınlar cəmiyyətdə öz bacarıqları ilə yenidən seçilmək üçün mövcud şəraitin qiymətləndirilməsi və təxirə salınmaz tədbirlərin, eyni zamanda davamlı təlimlərin təşkili çox vacibdir.Vəziyyət bizim QHT üçün də bu sahədə yeni layihələrin həyata keçirilməsini vacib edir. 

İqtisadiyyatın inkişaq etdiyi biz zamanda aqrar sahədə qadınların aktivləşməsinə ehtiyac duyulduöğu bir dovrdə qadınların ikinci plana keçməsi bir problem olaraq bizi də narahat edir.

Təlimlərdə qadınların bizneslə məşğul olarkən üzləşdikləri çətinliklər, onların biznesə gətirəcəkləri yeniliklər təlim iştirakçısı kimi onlara necə dəstək ola biləcəyinə dair müzakirələr apararaq onlara gələcəyə ümüdlərini itirməməyə və inamlı olmağı öyrətməyi qarşımıza məqsəd qoymuşuq. 

Regionlarda qadın sahibkarlara, ailə bizneslərinə hər cür dəstək olmaq çox vacibdir. Bu, bizim sosial missiyamızdır. Biznes qurmaq hər kəs üçün çətindir.

 Qadınlar da istisna deyillər. 

Amma nədənsə, qadın sahibkarlar ünvanlarına daha tez-tez "Bu sənin nəyinə lazımdır?!", "Cəhd etmə, onsuz da alınmayacaq” kimi sözlər eşidirlər.

 Bununla belə, QHT təcrübəmiz göstərir ki, qadınlar məqsədlərinə çatmaqda daha əzmkardırlar və çox vaxt işlərinə daha məsuliyyətlə yanaşırlar.

 Bu gün tərəfdaşlarımızdan, dostlarımızdan rəy almaq, nələrin sahibkarların bizneslərini asanlaşdıracağını və gələcəkdə tərəfdaşı olaraq qadın sahibkarlığını necə dəstəkləyə biləcəyimizi öyrənirik və bu barədə layihəmizin hesabatında bu haqda geniş yazacağıq.

Onu da qeyd etməliyəm ki, regionda keçirdiyimiz layihələrdə dövlət qurumları ilə də əməkdaşlıq edirik.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin (KOBİA) (KOB Dostu)Dağlıq Şirvan regional koordinatoru Cavanşir Məhərrəmov, eyni zamanda Dövlət Məşğulluq Agentliyinin bu rayonlarda olan nümayəndələri təlim iştirakçılarını maraqlandıran sullara cavab verirlər.

“Qadın və Müasir Dünya” SX Mərkəzi İB – 1999 –cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır.

2008 –ci ildən "Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında (ECOSOC) Xüsusi Konsultativ Statusa malik QHT-dir."

QHT-nin əsas fəaliyyət istiqaməti (missiyası): Azərbaycanda qadınlara praktiki yardım göstərmək və İnformasiya – treninq proqramlarının təşkili.