11 Noyabr 2022-ci il tarixində, Sabunçu rayon Ramana qəsəbəsində yerləşən    Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə əmək Reabilitasiya Mərkəzində  “İstedadlı Əlillər” Ictimai Birliyinin Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  Mərkəzdə  peşə təhsili alan  Əlilliyi olan gənclərə  “Əlilliyi olan şəxslərin iqtisadi aktivliyinin dəstəklənməsi: sahibkarlıq təşəbüslərinin təşviqi və mövcud mexanizmlərdən yararlanma bacarıqlarının artırılması” adlı təlim tədbiri təşkil etdii.


   Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Qubad Qasımov layihə barədə geniş məlumat verdi. Qubad Qasımov bildirdi ki, Bakı şəhəri Binəqədi rayonu, Xəzər rayonu, Yasamal rayonu və Sabuncu  rayonlarında tədbirlərin keçirilməsi nəzərdə tutulur  və layihə 3 ay davam edir. Layihənin məqsədi əhalinin aztəminatlı sosial qruplarından olan əlillərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət proqramlarından biri olan özünəməşğulluq proqramlarında əlil vətəndaşlarının iştirakçılığının artırılması yolu ilə onların rifahı ilə şəxsi bacarıqları arasında funksional asılılığı artırmaqdır. 


 Layihənin eksperti Rəşad Həsənov tədbirdə əlilliyi olan şəxslərə özünəməşğulluq proqramının mahiyyəti, əhəmiyyəti, onların sosial rifahı üçün ortaya qoyduğu imkanlar, proqramdan yararlanmağın üstünlükləri, proqrama müraciət etmə və iştirak qaydaları, ailə təsərrüfatı və yaxud kiçik biznesin yaradılması üçün təmin edilən dəstək və s. bu kimi məsələlər haqqında geniş və ətraflı məlumat verdi.


Tədbirdə,Mərkəzin rəhbəri,SXA-nin numayəndəsi Rahilə Həsrətova tədbirn məkan olaraq  kecirilməsində mərkəzin ev sahbliyi etdiyindən məmunlğunu bildirdi, iştrakcılarını salamlıyaraq sözü gedən layihənin aktuallığını və vacibliyin bildirdi. DTSERA-nin İdarə Heyyətinin sədr müşaviri  Qəniyeva Nərmin,ƏƏSMN-nin tabeliyində DMA-nin  BRMF-in təhlil və tərəflaşlarla iş şöbəsinin əməkdaşı Elmurad Məmmədov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Bakı KOB Dostu Səyid Abasov, DOST Xidmətləri Departamentinin Xidmətlərin Təşkili Şöbəsinin böyük mütəxəssisi Əşrəf  Qurbanov, “Arabaçı Əlillər Şəbəkəsi”İ.B-nin təsisçisi İlham Məhərrəmov və əlilliyi olan şəxslər,44günlük  Zəfər qələbəsində  sağlamlıqlarını itirmiş Qazilər iştirak etdilər. 


Tədbir çərçivəsində özünüməşğulluq proqramı geniş müzakirə edilərək, Dövlət Məşğulluq Agentliyinin və ƏƏSMN-nin tabeliyində DMA-nin Məşğulluq Departamentinin işsiz şəxslərlə iş şöbəsinin əməkdaşı Xəyyam İsmayılov və müvafiq sosial qrupların təmsilçiləri ilə onların gündəlik həyat fəaliyyələrində üzləşdikləri çətniliklər, sosial müdafiə mexanizmlərinin təkmilləşdirilməsi haqqında təklifləri və sualları  ətrafında müzakirələrlə  davam  etdirildi.   


Sonda Layihənin rəhbəri Qubad Qasımov layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, layihənin yekun tədbirinə  qədər İƏİB-nin daim yanında olub, əməkdaşlıq etdiyi DMA-nin idarə heyyətinin sədri Mustafa Abbasbəyliyə, DOST Agentliyinin idarə heyətinin sədri Fərid Məmmədova, KOBİ  Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədova və  tədbirlərin  kecirilməsində məkan olaraq yüksək şərait yaratdığı ücün  ƏƏSMN-nin tabeliyində SXA-nin İdarə Heyətinin sədri Vüqar Behbudova  və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.

 

Fotolar