Bu gün Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində çərçivəsində KKTC-də 2 Zirvə toplantısı keçirilir.
Surdo.az xəbər verir ki, KKTC dövlət təmsilçilərinin, bir sıra nazirlərin, ölkənin birinci xanımının qatıldığı toplantıya Türkiyənin, KKTC-nin çoxlu sayda sahibkar xanımları, iş adamları toplaşıb.
Azərbaycanı tədbirdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İcraçı katibi, Əməkdar jurnalist Mətanət Ağamirli təmsil edib. Tədbirdə qadın iqtisadi özgürlüyünün təmin olunması, qadın sahibkarlığının inkişafı və Türkiyə-KKTC- Azərbaycan işgüzar xanımlarının əməkdaşlığının daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.












