Azərbaycanda  2020-ci il üzrə QHT Dayanıqlıq İndeksi açıqlanıb .

 

 

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin QHT Dayanıqlıq İndeksi ölkə hesabatı üzrə ümumi bal 5.9-dur, keçən il ilə müqayisədə dəyişiklik baş verməyib. 

Dəyişikliyə uğrayan yeganə göstərici ictimai imic oldu, belə ki, o, pandemiya və Vətən Müharibəsi dövründə VCT-lərin həssas durumda olan qruplara dəstəyinin ictimaiyyət tərəfindən müsbət qəbul edilməsi nəticəsində bir qədər yaxşılaşdı. Hökumət VCT-lərə müxtəlif mexanizmlər vasitəsilə maliyyə dəstəyi göstərməyə davam etsə də, xarici maliyyələşdirmə imkanı problem olaraq qalmaqdadır. Hesabatda qeyd edilən digər problemlər sırasında QHT-lərin qeydiyyatı, xarici maliyyəyə çıxış, rayonlarda tədbir keçirmək üçün icazələrin tələb edilməsi və s. göstərilir.

 

Hesabat ilə aşağıdakı linklər vasitəsi ilə tanış ola bilərsiniz.

 

Hesabat

 

Report