Agentlik 500-dək QHT ilə onlayn görüş keçirəcək

QHT.az xəbər verir ki, bu barədə sentyabrın 16-da  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclasında qərar qəbul edilib.

 

 

Agentlik tərəfindən 2021-ci il üçün kiçik qrantlar müsabiqəsinin elan edilməsi ilə bağlı bir sıra təşkilati məsələlər müzakirəyə çıxarılıb. Müşahidə Şurası üzvlərinin təklifi ilə 2021-ci il 20 sentyabr tarixdə “zoom” proqramı vasitəsilə 500-dək qeyri-hökumət təşkilatının iştirakı ilə kiçik qrantlar müsabiqəsinin mövzularının müzakirə edilməsi və onlardan təkliflərin toplanması qərara alınıb.