Almatı şəhərində Vətəndaş Alyansının təşəbbüsü ilə Konstitusiya islahatına dəstək məqsədilə tədbir keçirilib. Görüşdə vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edərək referendumun ilkin nəticələrini müzakirə ediblər.

Tədbir çərçivəsində “Referendumun ilkin nəticələri və Konstitusiya islahatının həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolu” mövzusunda diskussiya təşkil olunub. İştirakçılar islahat prosesində ictimai institutların rolunu və gələcək addımları dəyərləndiriblər.

QHT.az xarici mediaya istinadən bildirir ki, müzakirələrdə vətəndaş cəmiyyətinin təmsilçiləri, ictimai şura üzvləri, QHT rəhbərləri və digər ekspertlər çıxış edərək Konstitusiya dəyişikliklərinin tətbiqi istiqamətində fikir mübadiləsi aparıblar.

Qeyd olunub ki, görüşdə yeni Konstitusiya üzrə keçirilən referendumun ilkin nəticələri də geniş şəkildə təhlil edilib.

Zəhra Ağayeva