Bu ərazidəki meşə biotopları, ehtimal ki, insanlar və heyvanlar üçün zəngin ekoloji sərvətlər təmin etmişdir.

QHT.az xəbər verir ki, min illər əvvəl Böyük Britaniyanın şərq sahilləri Avropaya bağlı olan Doggerland adlı ərazi ilə birləşirdi və bu torpaq təxminən 7000 il əvvəl su altında qalıb. Alimlər uzun müddət burada ağacların nə vaxt yarandığını müzakirə edirdilər. Son araşdırmalar göstərib ki, palıd, qarağac və fındıq kimi ağaclar bu ərazidə 16 min ildən çox əvvəl mövcud olub. Hətta daha qədim – əvvəllər yox olduğu düşünülən bəzi ağac növlərinin də izlərinə rast gəlinib.

Bu nəticələr göstərir ki, Doggerland zəngin meşəlik ərazi olub və erkən insanlar, eləcə də müxtəlif heyvanlar üçün əlverişli yaşayış mühiti yaradıb. Alimlər hesab edir ki, bu ərazi təkcə keçid yolu deyil, həm də qədim məskunlaşma mərkəzi olub.

 

R. İmanov