Balıq, dəniz məhsulları və su bitkiləri dünya üzrə qida istehlakında getdikcə daha böyük paya sahib olur. Su məhsulları ticarətinin həcmi rekord səviyyəyə çataraq 184 milyard dollara yüksəlib və artıq dəyərinə görə quru heyvandarlığı məhsulları bazarı ilə rəqabət aparır.
QHT.az xarici mediaya istinadən bildirir ki, mütəxəssislər bildirirlər ki, su məhsullarına artan tələbat bu sahənin dayanıqlı, ədalətli və davamlı şəkildə inkişaf etdirilməsini zəruri edir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının “Dünya Balıqçılıq və Akvakultura Sənayesinin Vəziyyəti” adlı son hesabatına əsasən, 2024-cü ildə su məhsullarının istehsalı 235 milyon tona çatıb.
Hesabatın nəticələri Keniyanın Mombasa şəhərində keçirilən 11-ci “Our Ocean Conference” çərçivəsində təqdim olunub. Tədbirdə dünyanın müxtəlif ölkələrindən 5 minə yaxın dövlət rəsmisi, alim, investor, vətəndaş cəmiyyəti nümayəndəsi və ekoloji təşkilatların təmsilçiləri iştirak edir.
Konfransda qida təhlükəsizliyi, iqlim dəyişikliyi, biomüxtəlifliyin azalması və dənizlərin mühafizəsi kimi qlobal problemlər müzakirə olunur. Qeyd edilib ki, tədbirin ilk dəfə Afrika qitəsində keçirilməsi regionun okean və dəniz resurslarının qorunmasında rolunun artdığını göstərir.
Mütəxəssislər hesab edirlər ki, su məhsulları gələcəkdə dünya əhalisinin ərzaq təminatında mühüm rol oynayacaq. Lakin bunun üçün okean ekosistemlərinin qorunması, məsuliyyətli balıqçılıq siyasətinin tətbiqi və akvakultura sahəsində dayanıqlı yanaşmaların gücləndirilməsi vacibdir.
Piranə Xasiyeva






