AzeRobot Robototexnika Turniri il ərzində iki dəfə olmaqla, qış və yay sessiyası keçirilir. Təşkilatçılığı AzeRobot məxsus olan bu möhtəşəm turnirin 4-cü sessiyasında iştirak üçün qeydiyyat açıq şəkildə elan olunmuşdur. Bu turnirimizdə iki gün ərzində, 11 kateqoriya üzrə 200 komanda 380 şagird yarışacaq.
Bu barədə Şəhriyar filial rəhbəri İlhamə Səfərova QHT.az –a açıqlama verib. O qeyd edib ki, AzeRobot education robototexnika, mühəndislik və proqramlaşdırma modullarının tədrisini həyata keçirən, hal-hazırda 9 filialı fəaliyyət göstərən tədris mərkəzidir: “2 ildir ki fəaliyyət göstəririk. İldə 2 dəfə- qış və yay hesabat turniri keçiririk. Burada öz filiallarımızın uşaqları iştirak edir. Bu il kənardan da uşaqların qoşulmağına şərait yaratdıq. 34 komanda qoşuldu. Kurslarımız robotexnika, proqramlaşdırma, gənc mühəndis yetişdirmək kimi işlərlə məşğul olur. Sabah 10 yaşdan böyük şagirdlərdən ibarət komandalar Robomissio junior, Robomissio Senior, Open Category, Sumo, Line Follower, Airdroping üzrə yarışacaq”.
Pərvanə Fərhadqızı












