Xəbərlər 20.06.2025 22:17 134

Rəqəmsallaşma dövründə yeni strateji yanaşmalar tələb olunur: QHT sədrindən AÇIQLAMA

"Ailələrə Sosial Dəstək" İctimai Birliyinin sədri, əməkdar müəllim Esmira Rəhimova QHT.az-a verdiyi açıqlamada ölkədə təhsil sahəsində həyata keçirilən islahatların strateji əhəmiyyətindən bəhs edib.

Esmira Rəhimovanın sözlərinə görə, Azərbaycanda təhsilin ümumi səviyyəsi inkişaf tendensiyası üzrə irəliləyir. Bu inkişaf ölkənin demoqrafik və sənaye-iqtisadi yüksəlişi ilə paralel şəkildə həyata keçirilir. Rəhimova bildirib ki, bu gün Azərbaycanın sürətli inkişafı fonunda kadr hazırlığı da ölkənin sənaye və iqtisadi ehtiyaclarına uyğunlaşdırılmalıdır:

“Təhsilimizin əsas istiqamətləri ölkənin sənaye və iqtisadi inkişafı ilə birbaşa əlaqələndirilməlidir. Uşaq və gənclərin dünya standartlarına uyğun təhsillə təmin olunması, yüksək ixtisaslı kadrların yetişdirilməsi əsas prioritetlərdəndir,” – deyə o bildirib.

Əməkdar müəllim əlavə edib ki, təhsilli insan sayının artması ölkənin intellektual potensialının yüksəlməsinə birbaşa təsir göstərir. Onun fikrincə, təhsilin inkişafı üçün yatırılan investisiyalar uzunmüddətli və strateji xarakter daşımalıdır:

“Təhsildə həyata keçirilən islahatlardan biri onun inkişafı üçün yatırılan investisiyalardır. Bu  investisiyalar uzunmüddətli və strateji əhəmiyyətli olmalıdır ki, ölkə təhsilinin  inkişafında mühüm baza formalaşdırsın və  öz nəticəsini gələcək onilliklərdə daha bariz formada göstərsin. Bizim iqtisadi və sənaye inkişafımız planlı şəkildə həyata keçirildiyi üçün, Dördüncü Sənaye İnqilabının mövcudluğu, dünyada gedən rəqəmsallaşma tendensiyaları ilə sıxı bağlıdır. Rəqəmsallaşma, müasir texnologiyaların geniş yayılması və tətbiq edilməsi bəzi peşələri lazımsız edir. Ona görə, xüsusi əhəmiyyət daşıyan bu məsələyə Təhsil Nazirliyi aidiyyəti qurumlarla birlikdə mütləq böyük diqqət yetirməlidir. Konkret təkliflər hazırlayıb təqdim etməlidir və cəmiyyətdə bu məsələ ilə bağlı maarifləndirmə aparılmalıdır. 
Usaq və gənclər arasında  müxtəlif tədbirlər diskussiyalar, müzakirələr, keçirilməlidir, eyni zamanda vətəndaşlara bu haqda məlumat verilməlidir ki, onlar özlərini və yaxud da, öz övladlarını yeni dövrə uyğun hazırlayıb onlara düzgün tövsiyələr versinlər".

Ardı var...

 

Pərvanə Fərhadqızı

QHT.az
 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı