Xəbərlər 20.06.2025 11:02 32

Qobustan RMX-da daha əvvəl icra olunmayan cərrahi əməliyyatlara start verilib

İcbari tibbi sığortanın tətbiqindən sonra Qobustan RMX-da daha əvvəl icra olunmayan cərrahi əməliyyatlara start verilib.

QHT.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Qobustan Rayon Mərkəzi Xəstəxanasına mediatur zamanı tədbirdə çıxış edib. Onun sözlərinə görə, ən mühüm dəyişikliklərdən biri artıq xəstəxanada ginekoloji (o cümlədən qeysəriyyə), LOR, oftalmoloji, uroloji və travmatoloji əməliyyatların icrası ilə bağlıdır:

"Son bir il yarımda artıq 1100-ə yaxın cərrahi əməliyyat həyata keçirilib ki, bu da regionda tibbi xidmətlərə əlçatanlığın artdığını göstərir. Bundan əlavə, icbari tibbi sığortanın tətbiqi ilə xəstəxananın strukturunda yeni şöbələr yaradılıb. Yeni yaradılan Fizioterapiya şöbəsində ötən ildən bu günə qədər 12 minə yaxın fizioterapevtik xidmət göstərilib ki, bu da xüsusilə reabilitasiyaya ehtiyacı olan pasiyentlər üçün mühüm əhəmiyyət daşıyır”.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı