İqlim dəyişiklikləri və əməkdaşlıq: Henri Devid Bayohun Qlobal Cənub Konfransından təəsüratları / VİDEO
Aprelin 28-29-da Bakıda dünya əhalisinin təxminən 80%-ə yaxın hissəsini özündə birləşdirən 116 ölkədən nüfuzlu QHT rəhbərlərinin, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransı ilə bağlı platformanın üzvü - Pan-Afrika İqlim Ədaləti Alyansının (PACJA) nümayəndəsi Henri Devid Bayoh təəsüratlarını bölüşüb:
QHT.az xəbər verir ki, onun sözlərinə görə, bu QHT Forumu Qlobal Cənub üçün tam zamanında keçirilir:
"Biz Qlobal Cənub ölkələri olaraq üzləşdiyimiz inkişaf problemlərini, iqlim dəyişmələrinin yaratdığı təhdidləri yaxşı bilirik. Bu problemlərin öhdəsindən gəlmək əməkdaşlıq tələb edir. Birgə səyləri zəruri edir.".
Ətraflı videoda:
Qeyd edək ki, bu konfrans Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini - dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisə hesab olunur.
Pərvanə Fərhadqızı