QHT sədrləri Ağdamda Prezidentə təşəkkürlərini bildirdilər - VİDEO
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.
QHT.az xəbər verir ki, açılış mərasimi çərçivəsində ziyalılarla keçirilən görüşdə bir sıra qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərləri də iştirak ediblər. Tədbirdə iştirak edən QHT rəhbərləri Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya öz təşəkkürlərini bildiriblər.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova çıxışında bildirib: "Mehriban xanım hər zaman bizə dəstək olub. Təşəkkür edirik!"
“Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri Rey Kərimoğlu isə deyib: "Birinci Qarabağ müharibəsinin qazisiyəm. O vaxt bizim sahibimiz olmadı, amma siz bizə sahib çıxdınız. Sizinlə fəxr edirik!"
"Xan Şuşinski Fondu"nun rəhbəri Bəyimxanım Verdiyeva isə öz çıxışında Qarabağa qayıdışın tarixi əhəmiyyətini vurğulayaraq qeyd edib: "Bu gün ən gözəl gündür. Doğma Qarabağımızda Ulu Öndərimizin ruhu şaddır. Xatırlayırsınızsa, siz həmişə çıxışlarınızda deyirdiniz ki, bir gün Qarabağa qayıdacağıq. Bax, bu gün həmin gündür. Ruhun şad olsun! Sizə çox təşəkkür edirik, minnətdarıq. Var olun!"