Lənkəranda gənclər və ahıllar Beynəlxalq Rəqs Gününü birlikdə qeyd ediblər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Nəsillərin ahəngi" adlı tədbir təşkil edilib.
29 aprel-Beynəlxalq Rəqs Gününə həsr edilən tədbirdə Agentlik tərəfindən evdə (səyyar) sosial-məişət xidməti göstərilən ahıl şəxslər və rayon gəncləri iştirak edib.
Tədbirdə iştirakçılar birlikdə hazırladıqları rəqs nümunələrini təqdim edib, müxtəlif stolüstü və digər idman oyunlar və digər idman oyunlarında öz məharətlərini göstəriblər.
Tədbirin məqsədi xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyası, onların sosial reabilitasiyasına dəstək göstərilməsi və asudə vaxtının səmərəli təşkilidir.