Səfir Birol Akgün Mətbuat Şurasında olub
Türkiyənin Azərbaycandakı fözqəladə və səlahiyyətli səfiri Birol Akgün Mətbuat Şurasında olub.
QHT. az Avrasiya.net-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir məlumat verib.
"Bu gün hörmətli səfirimizlə Mətbuat Şurasında olduq. Azərbaycan mətbuatının 150 illiyini qeyd etdik. Türkiyə-Azərbaycan Media Platformasının səmərəli fəaliyyəti üçün məhsuldar məsləhətləşmələr apardıq.
Azərbaycanda bir ili tamamladım. Sizin dəstəyinizlə çox uğurlu layihələr həyata keçirəcək, Türkiyə-Azərbaycan müttəfiqliyinə, qardaşlığına birlikdə xidmət edəcəyik", - deyə diplomat qeyd edib.