Xəbərlər 29.04.2025 11:18 107

Azərbaycan QHT-lərinin qlobal platformadakı rolu artır - AÇIQLAMA / FOTOLAR

Xankəndi Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri, Milli QHT Forumunun İdarə Heyətinin üzvü Xatirə Vəliyevanın verdiyi məlumata görə, “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı beynəlxalq tədbir öz işini davam etdirir.

QHT.az xəbər verir ki, Xatirə Vəliyeva sözlərinə görə, Forum çərçivəsində mühüm qərar qəbul olunub – 116 ölkədən qeyri-hökumət təşkilatlarının razılığı ilə Qlobal Cənub QHT Platformasının sədrliyi Azərbaycana verilib:

"Bu, Azərbaycanın beynəlxalq QHT platformalarında artan nüfuzunun və fəal iştirakının göstəricisidir. Eyni zamanda, Azərbaycan Milli QHT Forumunun sədri Ramil İskəndərli bir il müddətinə Qlobal Cənub QHT Platformasının müvəqqəti Baş katibi seçilib. Bu mühüm təyinat Azərbaycan QHT sektorunun beynəlxalq əlaqələrini daha da gücləndirəcək. Konfransın işində 116 ölkədən 200-ə yaxın nümayəndə iştirak edir".

Qeyd edək ki, tədbir beynəlxalq əməkdaşlığın gücləndirilməsi, Qlobal Cənub ölkələrinin vətəndaş cəmiyyətlərinin səsini dünyaya çatdırmaq və birgə fəaliyyət üçün yeni imkanların yaradılmasını hədəfləyir.

 

Pərvanə Fərhadqızı

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı