Füzuli medalı iki tanınmış ədibə təqdim olunacaq
Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq məsələlər üzrə katibi Səlim Babullaoğlu bildirib ki, "Füzuli ili" çərçivəsində təsis edilən Məhəmməd Füzuli medalı bu il iki şəxsə təqdim olunacaq.
QHT.az xəbər verir ki, medala Qazaxıstanın böyük şairi və mütəfəkkiri Oljas Suleymenov və Rumıniyanın görkəmli şairi, Mihay Eminesku Akademiyasının prezidenti İon Deakonesku layiq görülüblər. Mükafatlar may ayında təqdim ediləcək.
Pərvanə Fərhadqızı