Xəbərlər 28.04.2025 12:11 49

Elnur Əliyev: "Ən böyük sərvətimiz öyrənməyə açıq olan insandır"

Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev rəqəmsallaşma və süni intellekt dövründə bacarıqların inkişafının vacibliyinə diqqət çəkib.

QHT.az xəbər verir ki, Elnur Əliyev bildirib ki, əhalinin bacarıqlarının təkmilləşdirilməsi üçün həm dövlət, həm də özəl sektor birgə fəaliyyət göstərməlidir: "Özəl sektor iştirakçılarına çağırış edirəm. Dövlət olaraq sizi dinləməyə və birgə işləməyə hazırıq. İnnovasiyalara açıq yanaşma ilə təsir dairəmizi daha da genişləndirə bilərik. Bu isə dayanıqlı inkişaf üçün olduqca vacibdir".

Nazir müavini vurğulayıb ki, innovativ yanaşmaların təşviqi və bacarıqların artırılması gələcəkdə süni intellekt texnologiyalarının əmək bazarına təsirinin müsbət məcrada yönləndirilməsinə imkan verəcək: "Ən böyük sərvətimiz öyrənən, öyrənməyə açıq olan insandır. Əgər biz inklüziv yanaşma nümayiş etdirərək bütün sahələrdə insan potensialını inkişaf etdirsək, süni intellektin təsirlərini də daha effektiv idarə edə bilərik".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı